Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev iyulun 8-də Salyan rayonunda sakinləri qəbul edib.
Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb. Müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı izahatlar verilib.