Bu il iyulun 1-dək təyin edilmiş əlilliklərin həmin gündən tətbiq olunacaq yeni meyarlara uyğunlaşdırılması elektron sistem üzərindən aparılacaq.
Bunun üçün təkrar əyani müayinə aparılmayacaq.
Uyğunlaşdırma zamanı:
- I dərəcə əlillik 81-100 faiz,
- II dərəcə əlillik 61-80 faiz,
- III dərəcə əlillik 31-60 faiz
aralığında orqanizminin funksiyalarının pozulması kimi nəzərə alınacaq.