Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Astara rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Nazirliyin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.
Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.