Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Şamaxı rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Qəbul zamanı Nazirliyin səlahiyyət dairəsinə aid vətəndaş müraciətləri dinlənilib. Müraciətlərdə əksini tapan məsələlər yerindəcə araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara izahatlar verilib.
Qəbuldan əvvəl bu barədə və qəbula necə yazılmaq barədə müvafiq məlumatlandırma aparılıb.