ADA Universitetində təşkil olunmuş Karyera sərgisində aktiv iştiraka və həmin ali təhsil müəssisəsi məzunlarının məşğulluğunun təminatına töhfələrinə görə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ADA Universiteti tərəfindən Sertifikat və Təşəkkürnamə ilə təltif edilib.
ADA Universiteti ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlığı nəticəsində son illər ərzində həmin universitetin 26 məzunu Nazirlik sistemində işlə təmin olunub.
Universitetdə keçirilən növbəti Karyera sərgisində də Nazirliyin Dövlət qulluğu və kadr məsələlləri şöbəsinin əməkdaşları fəal iştirak ediblər. Sərgi iştirakçılarına nazirlik, onun fəalliyyət istiqamətləri həmçinin dövlət qulluğuna qəbul qaydaları haqqında ətraflı məlumatlar verilmiş, onlara maarifləndirici çap məhsulları paylanıb.