Ramazan bayramı ərəfəsində DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Vətən müharibəsi şəhidi Ramiq Mikayılovun ailəsini ziyarət edib.
Prezident İlham Əliyevin sərəncamları ilə R.Mikayılov ölümündən sonra “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif edilib.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub.
Görüşdə R.Mikayılovun və vətən uğrunda canından keçən qəhrəmanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı vurğulanıb.
Şəhid ailələrinin sosial müdafiəsi sahəsində tədbirlərin bundan sonra da davam edəcəyi qeyd olunub.