Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin bu il fevralın 1-dən fəaliyyətə başlayan “Qayğı” Çağrı Mərkəzinə (116 123) son iki ayda 1000-dən çox müraciət daxil olub.
Müraciətlər əsasən mənzil və avtomobil təminatı, psixoloji dəstək, məişət zorakılığına məruz qalmış şəxslərə dəstək, müəssisələrə və mərkəzlərə qəbul qaydaları, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası, övladlığagötürmə, eləcə də Sosial Xidmətlər Agentliyinin digər fəaliyyət istiqamətlərinə aid olub.
Çağrı Mərkəzinə daxil olan hər bir müraciət qeydiyyata alınaraq araşdırılıb və aidiyyəti üzrə yönləndirilib. Vətəndaşlara müraciətlərinə uyğun sosial xidmətlərin, dəstəyin göstərilməsi təmin edilib. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı ətraflı məlumatlar verilib.