DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin (DOST RİM) təşəbbüsü ilə Microsoft şirkətinin nümayəndələri ilə onlayn formatda görüş keçirilib.
Görüş zamanı fəaliyyət istiqamətlərinə uyğun Microsoft məhsullarının tətbiqi və zəruri məhsullar üçün lisenziyaların müəyyənləşdirilməsi məsələsi müzakirə edilib. Bu məqsədlə bir neçə fərqli məhsulun sınaqdan keçirilməsi istiqamətində Microsoft şirkəti tərəfindən DOST RİM-ə dəstək göstərilib.
Sınaqların nəticəsi olaraq DOST RİM-in iş standartlarına uyğun habelə, səmərəli hesab olunan məhsulların müəyyənləşdirilməsi təmin olunub.
Görüş zamanı “Microsoft” şirkətini təmsil edən nümayəndələr tərəfindən şirkətin yeni məhsullarının demo variantları DOST RİM heyətinə təqdim olunub.
Əməkdaşlıq və qarşılıqlı fikir mübadiləsinin davamı olaraq “Microsoft” şirkətinin digər istiqamətlər üzrə mövcud yeni məhsullarının təqdimatlarının nümayiş etdirilməsi vaxtları planlaşdırılıb.