Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının rəhbəri Fuad Musayev şəhid mayor Rəhim Hüseynovun ailəsi ilə görüşüb.
Şərəfli döyüş yolu keçən Rəhim Hüseynov Qubadlı rayonunun azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin Sərəncamları ilə o, “Qarabağ” ordeni, “Cəbrayılın azad olunmasına görə”, “Vətən uğrunda” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhidin ailəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən üçotaqlı mənzillə təmin edilib. Ailəyə birdəfəlik sığorta ödənişi və maddi yardımlar verilib. Həmçinin şəhid ailəsi Prezident təqaüdü və ailə başçısını itirməyə görə pensiya ilə təmin edilir. Şəhidin üç övladı daim diqqət və qayğı ilə əhatə olunublar.
Fuad Musayev şəhidlərimizin, o cümlədən Rəhim Hüseynovun xatirəsinin əbədi olaraq qəlbimizdə yaşayacağını, ailəsi ilə bağlı sosial dəstək tədbirlərinin qarşıdakı dövrdə də davam edəcəyini vurğulayıb.