Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov şəhid Elvin Sabir oğlu Salahovun ailəsini ziyarət edib.
Müharibədə şərəfli döyüş yolu keçən, Qubadlı rayonunun azad olunması uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan Elvin Salahov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib .
H.Məmişov bildirib ki, tarixi torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi uğrunda döyüşlərdə canından keçən qəhrəman Vətən övladlarının, o cümlədən Elvin Salahovun xatirəsi əbədi olaraq qəlbimizdə yaşayacaq .
Fondun sədri şəhid ailələrinin, müharibə əlillərinin sosial müdafiəsi ilə bağlı görülən işlərdən danışıb. Qeyd edib ki, şəhid Elvin Salahovun ailəsi də sosial dəstək tədbirləri ilə əhatə olunub və qarşıdakı dövrdə də bu tədbirlər davam edəcək.