Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzinin direktor müavini Emil İsmayılov 44 günlük Vətən müharibəsində şəhid olmuş Zamanov Sənan Qahir oğlunun ailəsini ziyarət edib.
Talış kəndu uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn S.Zamanov Prezident İlham Əliyevin Sərəncamları ilə “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Rəşadət” ordeni ilə təltif edilib.
Şəhidimizin ailəsi, o cümlədən 3 uşağı dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailəyə müvafiq sosial ödənişlər edilir. DOST İş Mərkəzi tərəfindən də ailə daim diqqətdə saxlanılır.
Ailə ilə söhbət zamanı şəhidimizin keçdiyi şərəfli döyüş yolundan bəhs olunub. Onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb.
Həmçinin DOST İş Mərkəzinin fəaliyyəti çərçivəsində şəhid ailələri və qazilərə göstərilən dəstək tədbirləri qeyd olunub. 1000-dən çox şəhid ailəsi üzvünün və qazinin “İşsizin Dostu”proqramı çərçivəsində, habelə Mərkəzin Aparatında işlə təmin edildiyi diqqətə çatdırılıb.