Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov autizm sindromlu şəxslərə dəstək vermək, ailələrinə psixoloji baxımdan yardım etmək və bu sahədə maarifləndirmə aparmaq istiqamətində fəaliyyət göstərən "Birgə və Sağlam" İctimai Birliyində görüş keçirib.
İctimai Birliyin fəaliyyəti haqqında məlumat verilərək bildirilib ki, autizm sindromlu uşaqların reabilitasiyası üçün beynəlxalq təcrübəyə əsaslanan mərkəzdə günü uzadılmış təlim proqramı, seanslı proqramlar, nitq terapiyası, idman terapiyası və musiqi terapiyasından istifadə olunur.
Autizm sindromlu uşaqların fəaliyyət göstərdiyi “Kaşalata” kafesi ilə tanışlıq zamanı bildirilib ki, bura yeniyetmə autizm sindromlu uşaqların peşə təlimi aldığı bir məkan kimi xüsusi əhəmiyyətə malikdir.
Qarşılıqlı əməkdaşlıq və fəaliyyət perspektivləri müzakirə edilib.