Ümumdünya Xərçənglə Mübarizə Günü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin əməkdaşları onkoloji xəstəlikləri olan şəxslərə dəstək məqsədilə qan veriblər. 30-dan çox əməkdaş Milli Onkologiya Mərkəzində təşkil olunan qanvermə aksiyasında iştirak edib.
2005-ci ildən başlayaraq hər il fevralın 4-ü Beynəlxalq Xərçəng Əleyhinə İttifaq tərəfindən Ümumdünya Xərçənglə Mübarizə Günü kimi qeyd edilir.