Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarının sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailələrinə ziyarətləri davam edir.
Bu dəfə şəhid Xəyal Əhədzadənin Lənkəran rayonu, Nərimanabad qəsəbəsində yaşayan ailəsi ziyarət olunub.
Söhbət zamanı şəhid ailələrinə dövlət tərəfindən həyata keçirilən sosial dəstək tədbirləri barədə məlumat verilib.
Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə canından keçmiş qəhrəman Vətən övladlarının xatirələrinin əbədi olaraq qəlbimizdə yaşayacağı vurğulanıb.
Ailəyə müvafiq sosial ödənişlərin təyin olunması ilə bağlı sənədləşdirmədə köməklik göstərilib.