Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları 12-14 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatların qarşısını alan zaman şəhidlik zirvəsinə ucalan əsgər Fətullayev Rəfael Rüfət oğlunun Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan ailəsini ziyarət ediblər.
Fətullayev 2021-ci ildə hərbi xidmətə gedib. 2022-ci ilin sentyabr ayının 13-də Kəlbəcərdə qəhrəmancasına şəhid olub
Nazirliyin əməkdaşları ailənin sosial-məişət vəziyyəti ilə maraqlanıb.
Bildirilib ki, Prezident İlham Əliyevin şəhid ailələri və müharibə əlillərinə xüsusi qayğısının nəticəsi olaraq onlarla bağlı sosial dəstək proqramları icra olunur. Qəhrəman hərbçilərimizin ailələrinin sosial-məişət problemlərinin həlli istiqamətində davamlı addımlar atılır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!