Ötən il Nazirlik dövlət büdcəsi hesabına müavinət, təqaüd, ünvanlı yardım üzrə 173 mln. manat çox olmaqla 2 mlrd. 376 mln. manat ödəyib
Yanvar 21, 2026 11:00
| Baxış sayı 1746
2025-ci ilin sosial göstəriciləri
2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət büdcəsi hesabına əhaliyə müavinət, təqaüd, ünvanlı dövlət sosial yardımı üzrə əvvəlki ilə nisbətən 173 mln. manat çox olmaqla 2 mlrd. 376 mln. manat ödənilib.
O cümlədən:
- müavinətlər üzrə 529 min nəfər 1,2 mlrd. manat,
- Prezident təqaüdləri üzrə 407 min nəfər 756 mln. manat,
- ünvanlı dövlət sosial yardımı üzrə 76 min ailə (336 min nəfər ailə üzvü) 420 mln. manat
vəsaitlə təmin edilib. Bu sosial ödənişlərlə ümumilikdə 1 mln. 272 min nəfər əhatə olunub.
Göstərilən platformalarda paylaş: