İşğaldan azad olunmuş ərazilərimizdə əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair növbəti maarifləndirmə tədbirləri keçirilib
İyul 19, 2023 10:25
| Baxış sayı 396
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi ilə birgə ölkəmizin işğaldan azad olunmuş ərazilərində əməyin mühafizəsi və mina təhlükəsizliyinə dair maarifləndirmə tədbirlərini davam etdirir.
Növbəti belə tədbirlər Tərtər rayonunun Suqovuşan və Talış kəndlərində keçirilib.Tədbirlərdə həmin ərazilərdə fəaliyyət göstərən 6 müəssisənin 200 nəfərədək rəhbər və işçi heyəti iştirak edib. Onlara “İş yerlərində əməyin mühafizəsi” və "Mina təhlükəsizliyi" mövzularında ətraflı məlumatlar verilib, sualları cavablandırılıb.
Həmçinin iştirakçılara qeyd olunan mövzularda yaddaş kitabçası və bukletlər təqdim edilib.
İşğaldan azad olunmuş digər ərazilərimizdə bu mövzularda təlimlərin keçirilməsi qarşıdakı dövrdə də davam etdiriləcək.
Göstərilən platformalarda paylaş: