Əlilliyi olan uşaqların övladlığa götürülməsi üçün aylıq sosial ödənişlər nə qədərdir?
Aprel 24, 2026 17:00
| Baxış sayı 320
Sosial xidmət müəssisələrindən valideyn himayəsindən məhrum olmuş əlilliyi müəyyən edilmiş uşağın övladlığa götürülməsinə görə aylıq sosial ödəniş 600 manat olmaqla, onu övladlığa götürən şəxsə bu ödənişlə bərabər, uşağa əlilliyinə və ona qulluğa görə təyin edilmiş bütün aylıq ödənişlər də verilir.
Beləliklə:
- orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 1270 manat (gözdən əlilliyi müəyyən edilmiş uşaq olduqda 1370 manat) sosial ödəniş verilir. Bu məbləğin:
- 600 manatı övladlığagötürmə müavinəti,
- 300 manatı əlilliyə görə müavinət,
- 250 manatı (gözdən əlilliyi müəyyən edilmiş uşaq olduqda 350 manatı) əlilliyə görə təqaüd,
- 120 manatı əlilliyi olan uşağa qulluğa görə təqaüddür.
- orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə ümumilikdə aylıq 970 manat verilir. Bu məbləğin:
- 600 manatı övladlığagötürmə müavinəti,
- 250 manatı əlilliyə görə müavinət,
- 120 manatı əlilliyi olan uşağa qulluğa görə təqaüddür.
- orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş uşağı övladlığa götürən şəxsə isə ümumilikdə aylıq 900 manat verilir. Bu məbləğin:
- 600 manatı övladlığagötürmə müavinəti,
- 180 manatı əlilliyə görə müavinət,
- 120 manatı əlilliyi olan uşağa qulluğa görə təqaüddür.
Göstərilən platformalarda paylaş: