E-sosial.az portalının mobil tətbiqindən istifadə edənlərin sayı artmaqda davam edir. Bu ilin 10 ayında da həmin mobil tətbiq 172 000 dəfə yüklənib.
Ölkəmizdə vahid sosial reyestr olan portal vətəndaşlara onlar barədə toplanmış bütün sosial məlumatlara (əmək müqaviləsi bildirişləri, fərdi uçot, pensiya kapitalı, sosial təminat və s. üzrə) çıxış və sosial hüquqlarının təminatına nəzarət etmək imkanı verir.