Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) Böyük Britaniyanın “Global Financial Market Review” beynəlxalq jurnalının “Global Financial Market Review – Awards 2025” müsabiqəsində qalib seçilib.
Mərkəzin müsabiqəyə ölkəmizdə pensiyanın proaktiv şəkildə təyin edilməsi mexanizmi haqqında təqdim etdiyi iş “Ən yaxşı pensiya texnologiyası həlli” nominasiyası üzrə mükafata layiq görülüb.
https://www.gfmreview.com/press-release/gfm-review-announces-the-winner-of-its-prestigious-industry-award-for-the-first-part-of-the-2nd-week-of-february-2025
DOST RİM həmçinin Böyük Britaniyanın “International Elite 100 Limited” qurumunun təşkil etdiyi “International Elite 100 Awards” müsabiqəsində “İlin sosial texnologiyalar təchizatçısı” nominasiyası üzrə mükafata layiq görülüb.
https://internationalelite100.com/2025-winners
Qeyd edək ki, hər iki müsabiqədə müxtəlif ölkələrdən 300-dək qurum iştirak edib.