Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən daha 56 nəfər yollayışla təmin olunaraq tibbi göstərişlərinə uyğun sanatoriya-kurort mərkəzinə göndərilib.
Şəhid ailələrinin üzvləri və əlilliyi olan şəxslərdən ibarət qrup “Duzdağ Estate” sanatoriyasında bərpa-müalicə kursu keçəcək.
Əlilliyi olan uşaqlar və orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər sanatoriya-kurort mərkəzinə müşayiətçiləri ilə birlikdə göndəriliblər.
Agentlik tərəfindən son 6 ildə şəhid ailələri də daxil olmaqla, ümumilikdə 16.8 mindən çox imtiyazlı şəxs sanatoriya-kurort və müalicə mərkəzlərinə yola salınıb.