Nazirlər Kabinetinin Qərarı ilə “Çətin həyat şəraitində olan şəxslərin (ailələrin) dövlət sosial xidmət müəssisələrinə yerləşdirilməsi Qaydası”na bir sıra dəyişikliklər edilib.
Yeni qaydalar çətin həyat şəraitində olan bütün kateqoriyalara aid şəxslərin dövlət sosial xidmət müəssisələrinə qəbulunun, həmin müəssisələrdə onlara göstərilən sosial xidmətlərin, eləcə də müəssisəni tərk etmə prosedurlarının vahid qaydada tənzimlənməsini nəzərdə tutur.
Qanunvericilik aktı ilə dövlət sosial xidmət müəssisələrinə yerləşdirilmə zamanı istifadə olunacaq müvafiq sənəd nümunələri də təsdiq edilib. Bundan başqa uyğunlaşdırılma xarakterli bir sıra dəyişikliklər də edilib.
Bu dəyişikliklər sosial xidmət müəssisələrində xidmətlərin vahid standartlar əsasında təşkili və çətin həyat şəraitində olan şəxslərin hüquqlarının təminatının artırılması baxımından mühüm əhəmiyyət kəsb edir.