Ukraynada Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzadan 40 il ötür. 1986-cı ilin 26 aprelində baş vermiş bu qəzanın nəticələrinin aradan qaldırılması işlərində Azərbaycandan da xeyli sayda insan iştirak edib.
Ölkəmizin sosial müdafiə sistemi Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxsləri də əhatə edir. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1993-cü ildə qəbul edilən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanun qeyd edilən kateqoriyaya aid vətəndaşların sosial təminatı ilə bağlı qanunvericiliyin formalaşmasına imkan verib. Eyni zamanda, Prezident İlham Əliyevin tapşırıqları əsasında əlilliyi olan şəxslərin, o cümlədən Çernobıl AES qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində mühüm addımlar atılıb.
Hazırda ölkəmizdə Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan 3700 şəxs vardır. Onlar əlillik səbəblərinə görə iki qrupa bölünür: Çernobıl AES-də hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslər (2 mindən çox şəxs) və Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi olan şəxslər (1600-dən çox).
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə bu kateqoriyadan olan şəxslərə 700-dək mənzil, 400-dən çox avtomobil verilib. Habelə Nazirlik tərəfindən:
Qeyd edilən sosial ödənişlərlə yanaşı, hər iki qrupa aid əlilliyi olan şəxslərə müalicə üçün hər il birdəfəlik müavinət, Çernobıl qəzası nəticəsində I və II dərəcə əlilliyi müəyyən edilmiş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına, Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak edən şəxslərin dispanser qeydiyyatında olan uşaqlarına aylıq müavinət verilir.
2018-ci ildən icra olunan 5 sosial islahat paketi çərçivəsində Çernobıl qəzası ilə əlaqədar əlilliyi olan şəxslərin sosial ödənişlərində də dəfələrlə artımlar edilib. Həmin şəxslər reabilitasiya xidmətləri, sanatoriya-kurort müəssisələrinə yollayışla da təmin olunurlar.