Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin uşaq evi sosial xidmət müəssisələrində yaşayan bir qrup uşaq üçün də bu tədris ilində son zəng çalınıb.
Agentliyin 6 saylı Uşaq evi sosial xidmət müəssisəsi, 2 saylı Ailə tipli kiçik Qrup evi sosial xidmət müəssisəsi və s. yaşayan ümumilikdə 13 nəfər 11-ci sinfi bitirib.
Onlardan 8-i qız, 5-i oğlandır.
Məktəb təhsilini uğurla bitirən benefisiarlarımız orta-ixtisas və ali təhsil müəssisələrinə qəbul olunmaq üçün müraciət ediblər.
Gənclərə həyatlarının yeni mərhələsində uğurlar arzulayırıq.