2 ayın sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri bu ilin yanvar - fevral aylarında proqnozla müqayisədə 9 faiz (97 mln. manat) çox olmaqla 1 mlrd. 230 mln. manat təşkil edib.
Fondun gəlirləri tərkibində məcburi dövlət sosial sığorta daxilolmaları həmin dövrdə proqnoza nisbətən 11 faiz (96 mln. manat) artaraq 959 mln. manat olub.
Qeyd olunan dövrdə DSMF-nin xərcləri 1 mlrd. 245 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 9 faiz (108 mln. manat) çoxdur.