I rübün sosial göstəriciləri
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin ilk rübü ərzində əlilliyi olan şəxslərə 29,4 min reabilitasiya vasitəsi verilib.
Onlardan 2,1 mini təkərli oturacaq (o cümlədən 38-i mühərrikli təkərli oturacaq), 674-ü aşağı və yuxarı ətraf protezi, habelə 282-si eşitmə aparatı, 1,3 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.
Həmçinin əlilliyi olan şəxslərə 883 cüt protez və 1,3 min cüt ortopedik ayaqqabı, 114 korset və s. reabilitasiya vasitələri təqdim olunub.
Yanvar-mart aylarında ümumilikdə 4,5 min nəfər əlilliyi olan şəxs reabilitasiya vasitələri ilə təmin edilib.