Azərbaycan Xüsusi Olimpiya Komitəsinin növbədənkənar hesabat-seçki konfransı keçirilib.
Konfransda Azərbaycan Xüsusi Olimpiya İcraiyyə Komitəsinin yeni heyəti elan olunub və qəbul edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov səsvermə əsasında Azərbaycan Xüsusi Olimpiya Komitəsinin yeni sədri seçilib.
Xüsusi Olimpiya hərəkatı əqli imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan insanlara atletik bacarıqlarını bütün səviyyələrdə nümayiş etdirməyə imkan yaradır. Məqsəd onların idman bacarıqlarını ortaya çıxarmaqla, eyni zamanda cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır.