Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün aprel ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.
Beləliklə, Fond bu ayın bütün sosial ödənişlərini başa çatdırıb.
Bundan əvvəl aprelin 14-də Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, aprelin 21-də isə digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin aprel ayı üzrə pensiyaları ödənilib.