Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşlarından ibarət heyət Xorvatiya Respublikasında səfərdə olub.
Səfər Nazirlik və BMT-nin Uşaq fondu arasında 2021-2022-ci illərə dair birgə Fəaliyyət Planına əsasən “İnteqrasiya olunmuş sosial xidmətlər və uşaq müdafiəsi sahəsində qabaqcıl təcrübənin öyrənilməsi üçün texniki dəstək” tədbiri çərçivəsində həyata keçirilib.
Xorvatiyanın Əmək, Pensiya Sistemi, Ailə və Sosial Siyasət Nazirliyi, Uşaq Ombudsmanı İdarəsi, Zaqreb sosial təminat mərkəzi və digər müəssisə və təşkilatlarda görüşlər keçirilib.
Görüşlərdə uşaqlarla bağlı sosial iş, uşaqların müəssisələrə düşməsinin qarşısının alınması və müəssisələrdən uşaqların ailələrinə reinteqrasiyası, himayədar ailə sahəsində həmin ölkədə görülən işlərlə tanışlıq olub, bu sahədə təcrübə mübadiləsi aparılıb.