Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları tərəfindən Ucar rayonunda Vətən müharibəsi şəhidləri Ələkbərov Vüqar Telman oğlunun, Bəkirov Təbriz Etibar oğlunun, Məmmədov Kənan Niftalı oğlunun ailələri ziyarət olunub.
Görüşlərdə şəhidlərimizin xatirələri yad edilib, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə onların göstərdikləri şücaətlərdən bəhs olunub. Şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Prezident İlham Əliyevin göstərişi ilə şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan geniş miqyaslı işlər qeyd olunub. Postmüharibə dövründə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı həyata keçirilən sosial dəstək tədbirləri diqqətə çatdırılıb.
Ziyarət olunan şəhid ailələrinin də daim sosial dəstəklə əhatə olunduqları və bundan sonra da onlara həmişə qayğı göstəriləcəyi bildirilib.
Şəhid ailələri onların sosial müdafiəsi sahəsində görülən tədbirlərdən razılıqlarını ifadə ediblər.