Prezident İlham Əliyev “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” və “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Qanunları təsdiq edib və hər iki qanunun tətbiqi barədə Fərmanlar imzalayıb. Gələn il üçün Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərcləri eyni olmaqla 6 mlrd. 263 mln. 970 min manat, İşsizlikdən sığorta fondunun da gəlir və xərcləri eyni olmaqla 212 mln. 668 min 344,50 manat təsdiqlənib.
Dövlət başçısı 2023-cü il üçün ehtiyac meyarının həddi və yaşayış minimumu haqqında qanunları da təsdiq edib. Gələn il üçün ölkəmizdə ehtiyac meyarının həddi 246 manat, yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən olunub.
https://president.az/az/articles/view/58494
https://president.az/az/articles/view/58493
https://president.az/az/articles/view/58501
https://president.az/az/articles/view/58497
https://president.az/az/articles/view/58500
https://president.az/az/articles/view/58496
Sosial şəbəkələrdə də bizi izləyin: