Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparat rəhbərinin müavini Cavid Əbdul-Qədirov Ağdam rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Müraciət edənlərin bir qismi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub.
Müraciət edənlərin sosial vəziyyəti öyrənilib, şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün nazirlik üçün başlıca fəaliyyət istiqamətlərindən olduğu vurğulanıb.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.