Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Zaqatala rayonunda həmin rayonun sakinlərini qəbul edib.
Müraciət edənlər sırasında müharibə veteranı da olub. V.Nəsirli bütün şəhid ailələrinin və müharibə veteranlarının qayğı ilə əhatə olunmasının bu gün Nazirliyin başlıca fəaliyyət istiqamətlərindən olduğunu bildirib.
Qəbul zamanı vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid müraciətləri cavablandırılıb, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.
Sosial şəbəkələrdə də bizi izləyin: