Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələlər üzrə Milli Observatoriya ölkədə əmək bazarı və sosial müdafiə sahələrində səmərəli qərarların qəbulu üçün monitorinq və proqnozlaşdırmanı həyata keçirir.
Milli Observatoriya təhlil-tədqiqat, təlim-tədris, sorğu-müayinə, qiymətləndirmə və sertifikatlaşdırma üzrə xidmət göstərir. Sorğu müayinə mərkəzi olaraq qurumda yeni xidmətlərin bazar araşdırmasının, vətəndaş və işçi məmnuniyyəti sorğularını həyata keçirir.
Peşəkar mütəxəssislərin hazırlanması və təlim proqramlarının tərtibi ilə bağlı təkliflər verən Milli Observatoriya bu təkliflərin həyata keçirilməsində Nazirliyin təlim bazası qismində də iştirak edir.
Milli Observatoriya təhlil və tədqiqat mərkəzi olaraq regionda aparıcı beyin mərkəzlərindən birinə çevrilməyi hədəfləyir.
Sosial şəbəkələrdə də bizi izləyin: