Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları İmişli rayonunda Vətən müharibəsi şəhidləri Quliyev Əli Tədbir oğlu və Bayramov Elnur Şəmsi oğlunun ailələrini ziyarət ediblər.
Görüşlərdə şəhidlərimizin xatirələri yad edilib, ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda döyüşlərdə göstərdikləri şücaətlərlə dolu döyüş yollarından bəhs olunub.
Şəhidlik zivəsinə yüksəlmiş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.
Dövlətimiz tərəfindən şəhid ailələri ilə bağlı görülən sosial dəstək tədbirləri qeyd olunub. Hər iki şəhidimizin – Əli Quliyevin və Elnur Bayramovun ailələri də diqqət və qayğı ilə əhatə olunublar. Onlara bundan sonra da daim qayğı göstəriləcəyi bildirilib.