Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Bərdə rayonunda Vətən müharibəsi şəhidi Rəşad Nadim oğlu Nadirovun ailəsini ziyarət ediblər.
Görüşdə şəhidin xatirəsi yad edilib, şərəfli döyüş yolundan bəhs olunub.
Nazirliyin əməkdaşları görüşdə dövlətimiz tərəfindən görülən sosial dəstək tədbirləri barədə ətraflı məlumat veriblər.
Şəhid ailəsi onlara dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə edib. Ailəyə bundan sonra da daim qayğı göstəriləcəyi bildirilib.