Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov Şəmkirdə şəhid kapitan Hacıyev Hikmət Şubay oğlunun ailəsini ziyarət edib.
44 günlük Vətən müharibəsinin şəhidi olan Hikmət Hacıyev Prezident İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə” “İgidliyə görə”, “Vətən uğrunda” medalları, III dərəcəli “Rəşadət” ordeni ilə təltif olunub. Şəhidin ailəsi sosial dəstək tədbirləri ilə əhatə olunub, həmçinin ailəyə sosial ödənişlər təyin edilib.
Görüş zamanı şəhidimizin vətənpərvərliyindən, döyüşlər zamanı göstərdiyi şücaətlərdən bəhs olunub. Bütün şəhidlərimiz kimi, Hikmət Hacıyevin də əziz xatirəsinin hər birimizin qəlbində əbədi yaşayacağı vurğulanıb.
Ailənin, həmçinin şəhidimizin bizlərə əmanəti olan 2 azyaşlı övladının bundan sonra da daim qayğı ilə əhatə olunacağı qeyd olunub.