Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov 44 günlük Vətən müharibəsinin şəhidi Mətləb Zamanovun ailəsini ziyarət edib.
Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Mətləb Zamanov müharibədə şərəfli döyüş yolu keçib və Füzuli rayonu uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Şəhid Mətləb Zamanov Prezident İlham Əliyevin Sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.
Şəmkirdə yaşayan ailə ilə söhbət zamanı şəhidimizin döyüşlərdə göstərdiyi şücaətlərdən bəhs edilib.
Şəhidimizin ailə üzvləri, eləcə də bizlərə əmanət olan 3 övladı dövlət tərəfindən sosial dəstək tədbirləri ilə əhatə olunub. Ailənin bundan sonra da daim dövlətin qayğısı ilə əhatə olunacağı bildirilib.