Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının Əmək bazarı üzrə işçi qrupu 21 dekabr 2021-ci il, saat 10:00-da növbəti iclasını keçirəcək.
"Zoom" üzərindən keçiriləcək iclas 2022-ci il üçün Fəaliyyət Planının yekun layihəsinə həsr olunub.
Maraqlanan şəxslər, həmçinin özəl sektor nümayəndələri Link -nə daxil olaraq iclasın gündəliyi ilə tanış ola və linkdəki “Təklif göndər” bölməsi vasitəsilə müvafiq mövzuda öz təkliflərini yaza bilərlər.
Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın internet portalının "onlayn müraciət (https://azranking.az/online-apply)" bölməsi fəaliyyət göstərir. Hər kəs ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması istiqamətində müvafiq sahə üzrə təkliflərini bu bölmədə qeyd edə bilər. Təqdim olunan bütün təkliflər qeydə alınaraq Komissiyanın müvafiq işçi qruplarında müzakirə olunur və nəticəsi barədə təklif verən tərəfə məlumat göndərilir.