Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiya Mərkəzində peşə hazırlığına cəlb edilmiş əlilliyi olan şəxslər arasında stolüstü oyunlar üzrə yarışlar keçirilib
Yarışda 13 nəfəri Vətən müharibəsi qazisi olmaqla, ümumilikdə 126 nəfər iştirak edib.
Peşə-əmək Reabilitasiya Mərkəzi və “Spartak” İdman Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 12 nəfər şahmat, 50 nəfər dama, 18 nəfər nərd, 13 nəfər güc sınama, 33 nəfər dart oyun növü üzrə bacarıqlarını sınayıb.
Hər nominasiya üzrə I, II, III yerlərin qaliblərinə “Spartak” İdman Cəmiyyəti tərəfindən fəxri fərman və mükafatlar təqdim edilib.