Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 160 xidmətindən 145-dən çoxu (90 faizdən çoxu) artıq rəqəmsallaşdırılıb, o cümlədən 30-dan çox e-arayış xidməti, 55-dən çox proaktiv xidmət istifadəyə verilib.
Ötən dövrdə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə ümumilikdə 1,6 milyard e-sorğu və müraciət qeydə alınıb, e-sistemlər üzərindən 1,1 milyon proaktiv təyinat həyata keçirilib.