Son illər məşğulluq imkanlarının, əməkhaqlarının, əmək müqavilələrinin sayının artımı Dövlət Sosial Müdafiə Fonduna məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda da davamlı artıma şərait yaradıb.
2018-2025-ci illərdə Fonda daxil olan sosial sığorta haqları üzrə illik vəsait 3 dəfəyə yaxın artaraq 2,3 mlrd. manatdan 6,5 mlrd. manata çatıb.