Bu gün DOST Agentliyinin fəaliyyətə başlamasından 5 il ötür.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə yaradılan DOST Agentliyi vətəndaşlara 159 dövlət sosial xidmətlərini “bir pəncərə”dən, modern və çevik, şəffaf mexanizmlər üzərində təqdim edir.
Bu müddət ərzində 1 milyon 673 min vətəndaş DOST Xidməti alıb. Məmnunluq səviyyəsi 98,2%-dir.