Son illər ölkəmizdə aparılan köklü sosial islahatlar çərçivəsində reabilitasiya mərkəzləri də müasir tələblərə uyğun qurulub.
Bu mərkəzlərdə əlilliyi olan şəxslərin sağlamlıqlarının bərpası, sosial bacarıqlarının inkişafı, cəmiyyət həyatında sərbəst iştirak imkanlarına malik olmaları üçün tibbi, sosial-psixoloji və abilitasiya yönümlü xidmətlər göstərilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi “Həyata inamlı addımlarla!” adlı videoçarxda reabilitasiya mərkəzlərində göstərilən xidmətlərdən bəhs olunur.