Xəstəlik Haqqında Şəhadətnamə - hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirilir və xəstəliyin, yaralanmanın və zədənin ərazi bütövlüyünün müdafiəsi və ya hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar olduğu təsbit edilir;
Göndəriş (Forma 88) – Xəstəlik haqqında Şəhadətnamə əsasında müharibə səbəbilə göndəriş rəsmiləşdirilir (elektron) və şəxsin orqanizminin sağlamlıq vəziyyəti, müalicələr, müayinələr və digər tibbi məlumatlar qeyd edilir.