Müavinətin proaktiv təyinatı MEİS-ə inteqrasiya edilən dövlət orqanlarının və qurumlarının informasiya ehtiyatlarından və sistemlərindən MEİS-in “Sosial ödənişlər” altsisteminə şəxsin sosial ödənişi almaq hüququnun yaranması ilə bağlı məlumatın daxil olduğu gündən sonrakı 10 (on) iş günü müddətində aparılır. Müraciət edən şəxsin bu qərardan inzibati qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə şikayət etmək hüququ var.