Hazırda bu müavinət hər hansı bir dövlət qurumuna müraciət edilmədən, hər hansı bir sənəd təqdim edilmədən proaktiv qaydada təyin edilir. Proaktiv qaydada təyinatın mümkün olmadığı kateqoriyadan olan şəxslərə müavinətin təyin edilməsi üçün aşağıdakı sənədlər tələb edilir: Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan (uşaqların 8 yaşınadək sağ olması şərtilə) qadınlara yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Uşaqların doğum haqqında şəhadətnamələrinin və şəxsiyyət vəsiqələrinin surəti (uşaq vəfat etdikdə uşağın ölüm haqqında şəhadətnaməsinin surəti); Uşağın (uşaqların) övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; Qəyyumluğu təsdiq edən sənəd. Əlilliyi müəyyən edilmiş uşağı olan qadınlara yaş həddi 5 il azaldıqlmaqla yaşa görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Uşağın doğum haqqında şəhadətnaməsinin və şəxsiyyət vəsiqəsinin surəti (uşaq vəfat etdikdə uşağın ölüm haqqında şəhadətnaməsinin surəti). Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı və ya əlilliyi müəyyən edilmiş uşağı olan (uşaqların səkkiz yaşınadək sağ olması şərti ilə) kişilərə yaş həddi 5 il azaldılmaqla yaşa görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; Uşaqların doğum haqqında şəhadətnamələri və şəxsiyyət vəsiqələrinin surəti; Qadının ölüm haqqında şəhadətnaməsinin (ölmüş və ya xəbərsiz itkin düşmüş elan edilməsi barədə məhkəmə qərarının) və ya valideynlik hüququndan məhrum edilməsi, habelə uşağın kişinin himayəsinə verildiyi barədə məhkəmə qərarının surəti; Uşağın (uşaqların) övladlığa götürülməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; Qəyyumluğu təsdiq edən sənəd.