Müraciət edən şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”na uyğun olaraq tərtib edilmiş istehsalatda baş vermiş bədbəxt hadisə haqqında akt və ya peşə xəstəliyinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyindəki V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun arayışı və işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə istehsalatda işçi ilə bədbəxt hadisənin baş verməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarının surəti; Aylıq ödəncin işəgötürən tərəfindən hansı tarixədək ödənilməsini təsdiq edən sənəd; Həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi üçün işçinin ölüm haqqında şəhadətnaməsinin surəti; Müavinəti almaq hüququ olan şəxslərin həlak olan işçi ilə qohumluğunu təsdiq edən sənədlərin (doğum, nikah, vəfat etmiş ailə üzvlərinin ölüm haqqında şəhadətnamələrinin) surəti.