Vəfat etmiş şəxsin uşağına (uşaqlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının) surəti;Vəfat etmiş şəxsin uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti; Müavinətin təyin edilməsi üçün ərizəçi qismində müraciət edən digər valideynin (qəyyumun, himayəçinin) şəxsiyyətini təsdiq edən sənədin surəti; Vəfat etmiş şəxsin 23 yaşınadək övladının (övladlarının) əyani təhsil alması barədə təhsil müəssisəsinin arayışı. Vəfat etmiş şəxsin 18 yaşına çatanədək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladına (övladlarına) ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmə qərarının) surəti; Vəfat edən şəxsin 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladının doğum haqqında şəhadətnaməsinin surəti. Vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi üçün: Müraciət edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti; Ailə başçısının ölüm haqqında şəhadətnaməsinin (və ya onun xəbərsiz itkin düşməsi, yaxud ölmüş elan edilməsi haqqında məhkəmənin qərarının) surəti; Vəfat etmiş şəxsin 8 yaşına çatmamış uşağının (uşaqlarının) doğum haqqında şəhadətnaməsinin surəti; Şəxsin uşaqla (uşaqlarla) və yaxud vəfat etmiş ailə başçısı ilə qohumluq əlaqəsini təsdiq edən sənədlərin (doğum haqqında və nikah haqqında şəhadətnamələrin) surəti.