Fərdi Reabilitasiya Proqramının hazırlanması və təsdiq edilməsi prosesi necə baş verir?
Noyabr 6, 2025 15:40
| Baxış sayı 945
- Fərdi Reabilitasiya Proqramı əlilliyin müəyyən edildiyi müddətə, əlillik müddətsiz müəyyən edildikdə isə 5 (beş) il müddətinə tərtib olunur.
- Fərdi Reabilitasiya Proqramı əlilliyi olan şəxsin və (və ya) onun qanuni nümayəndəsinin iştirakı ilə 2 iş günü ərzində TSEK tərəfindən hazırlanır. Hazırlanmış proqram 1 iş günü müddətində Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilir.
- Fərdi Reabilitasiya Proqramında müəyyən edilmiş tədbirlərin effektivliyinin və ya hər hansı əlavə və dəyişikliklərin zəruriliyinin müəyyən olunması məqsədilə əlilliyi olan şəxslərə münasibətdə ildə bir dəfə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə münasibətdə isə altı ayda bir dəfə TSEK tərəfindən aidiyyəti üzrə tədbirlərə yenidən baxılır.
- Hazırlanmış Fərdi Reabilitasiya Proqramı Nazirliyin “e-sosial” internet portalında əlilliyi olan şəxsin şəxsi kabinetində xüsusi bölmədə əks olunur. Şəxsi kabinetdə əlilliyi olan şəxsin fərdi məlumatları, orqanizmin funksiyalarının pozulması faizi, səbəbi, müddəti, proqramın təsdiq olunma tarixi, proqram üzrə keçiriləcək reabilitasiya tədbirləri, onların başlanma və bitmə tarixləri, habelə onların icra vəziyyəti barədə məlumatlar əks olunur.
Göstərilən platformalarda paylaş: